“Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması regionun davamlı inkişafını təmin edəcək”.
Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiyanın Baş naziri Mixail Mişustin İrəvanda erməni həmkarı Nikol Paşinyanla görüşü zamanı deyib.
“Biz Cənubi Qafqazda iqtisadi, nəqliyyat və logistika əlaqələrinin açılmasının tərəfdarıyıq. Mən əminəm ki, Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında imzalanmış razılaşmalara uyğun olaraq, yeni infrastruktur layihələrinin yaradılması regionun davamlı iqtisadi inkişafı təmin edəcək”, - deyə Mişustin bildirib.