1 Sentyabr 2023 23:12
912
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Arayik Harutyunyan "Artsax"ı yaxın gələcəkdə nə gözlədiyini yaxşı bilir, ona görə də istefa verdi. O, maddi vəziyyətini yaxşılaşdırmaq üçün hələ bir müddət "vəzifədə" qala bilərdi. Amma onu nəyin gözlədiyini yaxşı bilir".

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan "News.am" saytına açıqlamasında politoloq Argişti Kiviryan deyib.

Onun sözlərinə görə, Arutyunyan sonuncu seçilmiş "prezident" ola bilər və yeni fiqur heç kim, o cümlədən Ermənistan hakimiyyəti tərəfindən tanınmaya bilər.

"Arutyunyanı hakimiyyətə kim gətirdi? "Artsax"ın keçmiş prezidentləri. Ona görə ki, Arutyunyan onların “məhsulu” idi. Yeni "dövlət naziri" də onun yetirməsidir. O, hakimiyyəti Bako Saakyanın arxasında olan birinə verdi. Bu, onu deməyə əsas verir ki, bu insanları "Artsax"ın taleyi deyil, öz gücləri, öz cibləri maraqlandırır”, - ekspert qeyd edib.

O hesab edir ki, Arutyunyan Samvel Babayanı dövlət naziri təyin etməli idi: “Axı o, "Artsax"ın Müdafiə Ordusunun komandiri olub, təsadüfi adam deyil. Babayan 100 gün vaxt istəyib. O vaxtdan neçə 100 gün keçdi? Amma ona bu fürsət verilmədi, çünki bunu edənləri "Artsax"ın taleyi maraqlandırmır. Arayik Arutyunyan Azərbaycanın tələbi ilə istefa verdiyini açıqlayıb. Bu belə olsa belə, ictimaiyyət tərəfindən qəbul oluna bilməzdi. "Artsax"da kövrək sülhün yeganə təminatçısı olan Rusiya inteqrasiyaya başlamağı təklif edir, amma onu sona çatdırmır. Babayan bu məntiqdən kənar nəsə deyir? Sonda hər şey o həddə çatdırılacaq ki, "Artsax" çətin vəziyyətə düşəcək”, - analitik yekunlaşdırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər