5 Sentyabr 2023 00:12
2 261
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ermənistanın baş naziri Rusiyaya qarşı “getdikcə həyasız” bəyanatlar verir".

Teleqraf.com xəbər verir ki, bunu Rusiya parlamentinin aşağı palatasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin “Moskva danışır” radiostansiyasının efirində deyib.

“Paşinyan Rusiya haqqında daha çox, daha səmimi və həyasızcasına danışır. Nümayəndə heyətlərimizlə rəsmi danışıqlar zamanı Paşinyan dostcasına danışır. O hesab edir ki, erməni müxalifəti kifayət qədər güclü deyil. Paşinyan Ermənistanı ciddi milli maraqların olmadığı adi Yaxın Şərq ölkəsinə çevirəcək. Artıq onun çevrəsində türklərlə və azərbaycanlılarla ortaq biznesə malik adamlar var. Əvvəllər bu, mümkün deyildi”, - Zatulin bildirib.

Zatulin əmindir ki, Nikol Paşinyanın və onun hökumətinin sükan arxasında olması Ermənistanın opponentləri üçün faydalıdır.

“Qərb əmindir ki, hazırkı baş nazir Rusiyanı respublikadan “qovmağa” qadirdir.
Paşinyan bu gün tarixi opponentləri olan Azərbaycan və Türkiyə üçün ən uyğun liderdir. Məhz Paşinyanın dövründə Ermənistan həm hərbi, həm də diplomatik arenada biabırçı məğlubiyyətə uğradı. Paşinyan ümid edir ki, Brüssel, Vaşinqton danışıqları, Qərb paytaxtlarına səfərləri Avropada belə təəssürat yaradıb ki, o, gec-tez Rusiyanı Ermənistandan sıxışdırıb çıxara biləcək. Ermənistanda Rusiyanın reytinqinin aşağı düşməsi buna sübutdur. Paşinyan hər yerdə deyir ki, Rusiya bu gün Ukraynada ilişib qalıb. Hətta xüsusi hərbi əməliyyatın ilkin mərhələsində o, Qərbdə danışırdı ki, Rusiyanın qələbəsi Ermənistana sərfəli deyil. Rusiya qalib gəlsə, guya Sovet İttifaqı bərpa oluna bilər”, - Zatulin sözlərinə davam edib.

Qeyd edək ki, İtaliyanın “La Repubblica” nəşrinə müsahibəsində Nikol Paşinyan Ermənistanın təhlükəsizlik sahəsində Rusiya Federasiyasından tam asılılığını səhv adlandırıb. Respublikanın baş nazirinin sözlərinə görə, bu gün Rusiyanın özünün silaha ehtiyacı var və istəsə də belə, Ermənistanın tələblərini yerinə yetirə bilməz.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər