Ermənistan ərazisində Ermənistan-Amerika birgə hərbi təlimləri barədə məlumat narahatlıq doğurur.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.
“Belə xəbərlər xüsusilə indiki vəziyyətdə narahatlıq doğurur. Ona görə də bu xəbərləri dərindən təhlil edib vəziyyəti izləyəcəyik”, - Rusiya rəsmisi bildirib.
Birgə təlimlər sentyabrın 11-20-də keçiriləcək.