6 Sentyabr 2023 21:17
2 106
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Deməzdim ki, Ermənistanla Rusiya arasında gərginlik artıb, sadəcə olaraq elə bir vəziyyət yaranıb ki, suallar çoxdur, cavab yoxdur. Bu suallardan başlıcası belədir: Rusiya Federasiyası üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə, yəni Laçın yolu ilə sərbəst hərəkəti təmin etməyə hazırlaşırmı?”

Teleqraf.com xəbər verir ki, bunu News.am-a müsahibəsində Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın “Ermənistan nümayəndələri son vaxtlar Laçın yolundakı vəziyyətlə bağlı “kobudluğa yaxın” ritorikada danışırlar”, deməsinə cavab olaraq, Simonyan bildirib: “Mən hansısa departamentin hansısa katibinə cavab vermək fikrində deyiləm, məncə, bu mənim səviyyəmə uyğun deyil. Bunun üçün Xarici İşlər Nazirliyi var, xarici idarə var, cavab versinlər. Hesab etmirəm ki, mən və dediyiniz qurumun şöbə müdirinin müavini eyni statusda adamlarıq”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər