7 Sentyabr 2023 20:42
1 308
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bir sıra səbəblərə görə Ermənistanın NATO-ya üzvlüyü mümkün deyil”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Sərkis Xandanyan deyib.

“Bizim cəmiyyətdə NATO ilə bağlı müzakirələr romantikləşib. Elə ölkələr var ki, orada münaqişə yoxdur, dünyanın ən sülhsevər ölkələridir, amma NATO-ya üzvlükdə çətinlik çəkirlər. Yaxın gələcəkdə Ermənistanın NATO-ya üzvlüyünü təsəvvür edə bilirsiniz? Sadəcə, texniki və siyasi səbəblərə görə bunun mümkünlüyünü görmürəm”, - deputat bildirib.

“Ermənistanın belə bir istəyi varmı” sualına Xandanyan belə cavab verib:

“Ermənistan hökuməti heç vaxt NATO-ya üzv olmaq istədiyini açıqlamayıb. Amma NATO ilə müxtəlif sahələrdə, xüsusən də təhsil və digər birgə tədbirlər çərçivəsində əməkdaşlıq var”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər