9 Sentyabr 2023 13:07
3 429
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.

Teleqraf.com xəbər verir ki, tərəflər Ermənistan-Azərbaycan arasındakı sərhəddə artan gərginliyi müzakirə edib.

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədində gərginliyi azaltmaq üçün Azərbaycan Prezidenti İlham Əliyevlə təcili danışıqlar aparmağa hazır olduğunu bildirib.

Fransız lider Paşinyanı məsələni yalnız diplomatiya yolu ilə həll etməyə çağırıb.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər