Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bügünkü telefon söhbətini şərh edib.
Teleqraf.com xəbər verir ki, o, öz fikirlərini Ermənistanın İctimai Televiziyasının efirində səsləndirib.
Hökumət başçısı Türkiyə liderilə danışıqlarını “tamamilə rəsmi söhbət” adlandırıb.
O, qeyd edib ki, “çox vacib və mənalı” danışıqlar baş tutub və daimi təmaslar tələb edən bir sıra nüanslar var.