“Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunda çıxışı zamanı Ermənistanla gərginliyi azaltmağa çalışıb”.
Teleqraf.com xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiyanın MDB Ölkələri İnstitutunun Qafqaz şöbəsinin rəhbəri Vladimir Novikov deyib.
“Vladimir Putin təcrübəli diplomat kimi Ermənistanla münaqişədən yayınmağa çalışır, çünki başa düşürük ki, bu və ya digər baş nazir gəlib-gedir, Rusiya-Ermənistan münasibətləri indiyə qədər olub və bundan sonra da olacaq”, - ekspert qeyd edib.
Novikovun sözlərinə görə, Moskva bütün gücü ilə çalışır ki, Rusiyanı təxribata çəkmək üçün hər şeyi edən Ermənistanın indiki hakimiyyəti ilə birbaşa qarşıdurmadan yayınsın.
Onun fikrincə, Ermənistan Baş naziri Nikol Paşinyanın nə etmək istədiyi anlaşılandır:
“Hərbi-siyasi və diplomatik uğursuzluqlar şəraitində, əslində, Qarabağ problemindən uzaqlaşan Paşinyana bütün uğursuzluqlarını ona bağlayacağı vasitə lazımdır. Belə bir vasitə kimi Rusiyanı seçib”.
Novikova görə, Paşinyan Moskva ilə konflikt yaratmaq kursunu davam etdirəcək.