13 Sentyabr 2023 12:11
5 764
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ümid edirəm ki, Ermənistan rəhbərliyinin Rusiyaya qarşı təhlükəli planları yoxdur, varsa, bu, onlara zərər verəcək”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Rusiya Ermənistan rəhbərliyinin hər iki ölkənin xalqlarını qəzəbləndirmək üçün fəlakətli planlarının olmadığına ümid edir. Ümid edirəm ki, bu baş verməz. Mən ürəkdən ümid edirəm ki, Ermənistan rəhbərliyində heç kimin belə bir məqsədi və problemi yoxdur. Çünki, məncə, bu, yalnız Ermənistan üçün fəlakətli olardı”, - Zaxarova bildirib.

Diplomat Ermənistan rəhbərliyinin Rusiyaya qarşı sərt münasibətdən əl çəkməsinin həm bu ölkəyə, həm də erməni xalqa fayda verəcəyini söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər