13 Sentyabr 2023 20:06
1 118
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ölkədə “Vaqner” döyüşçülərinin olması ilə bağlı xəbərlərə hüquq-mühafizə orqanları reaksiya verməlidir.

Teleqraf.com xəbər verir ki, bu barədə Baş nazir Paşinyan parlamentdə sual-cavab sessiyasında deyib.
"Ermənistanın hüquq-mühafizə orqanları mediada yer alan yazılara cavab verməlidir. Bildiyimə görə, bu, cinayət-prosessual məcəllədə də normadır. "Telegram" kanallarında belə bir xəbər çıxıb. Milli Təhlükəsizlik Xidməti öz səlahiyyətləri daxilində dərc edilmiş bu məlumatları yoxlayır", - Baş nazir deyib.

O bildirib ki, burada qeyri-adi heç nə yoxdur.

Nikol Paşinyandan "Ermənistanda Rusiyanın təşəbbüsü ilə mümkün inqilab" ilə bağlı hər hansı narahatlığının olub-olmadığı barədə soruşulduqda, hökumət başçısı qeyd edib ki, bunu yalnız Ermənistan xalqı həyata keçirə bilər. "Və bu inqilabı Ermənistan xalqı etdi", - Paşinyan bildirib.

Qeyd edək ki, ötən həftə bir sıra Ermənistanın hökumətyönlü sosial media səhifələrində bu ölkədə guya "Vaqner"in 3000-dək döyüşçüsünün olduğu və yerli qüvvələrin dəstəyi ilə dövlət çevrilişi həyata keçirərək Baş naziri vəzifəsindən uzaqlaşdıracağı barədə məlumatlar yayılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər