“Ermənistan artıq Rusiyaya dost ölkə deyil”.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.
“Paşinyan və Ermənistan Rusiyadan uzaqlaşıb Qərbə doğru sürüklənir. Bu, artıq tendensiya deyil, İrəvanın strateji siyasi kursudur.
Ermənistan artıq Rusiyaya dost dövlət deyil. “Qardaş xristian xalqı” barədə nağılları unudun, tarixin zibil qutusuna atın. İndi gəlin Ermənistanı yalnız əməllərinə görə qiymətləndirək. Eləcə də beynəlxalq erməni diasporunun işlərini...”, - ekspert bildirib.