14 Sentyabr 2023 17:54
1 396
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Amerikalılar Qafqazda növbəti gərginlik ocağı yaratmağa çalışarkən, erməni xalqının təhlükəsizliyinin real təminatçısı yalnız Rusiya ola bilər”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının komitə sədri Andrey Klimov deyib.

Onun sözlərinə görə, ABŞ gec-tez Ukrayna avantürasının onların xeyrinə bitməyəcəyini anlayaraq, yeni gərginlik zonaları hazırlayır.

Klimovun fikrincə, Vaşinqton heç vaxt gizlətməyib ki, Qafqazda vəziyyəti gərginləşdirməkdə davam etmək niyyətindədir və bu yolla Rusiyada sabitliyi pozmağa çalışır.

Komitə sədri Ermənistanda hansı siyasətçinin hakimiyyətdə olmasından asılı olmayaraq ABŞ-ın ya onu uzaqlaşdırmağa, ya da ona qalib gəlməyə çalışacağını vurğulayıb.

“Bu, ABŞ üçün postsovet məkanında ilk hekayələrdən biridir”, - Klimov vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər