20 Sentyabr 2023 16:18
974
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş nazir Nikol Paşinyan dünəndən Rusiya Prezidenti Vladimir Putinlə Qarabağdakı vəziyyətlə bağlı danışmağa çalışsa da, bütün cəhdləri nəticəsiz qalıb. Kremldə Paşinyanın zənglərinə cavab verilməyib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

Qəzet məsələ ilə əlaqədar Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryana sorğu göndərib.

Ermənistan rəhbərinin sözçüsü suala belə cavab verib:

“Baş nazir Nikol Paşinyanın bütün rəsmi telefon danışıqlarından sonra press-reliz təqdim olunur. Baş nazirin dünəndən mütəmadi telefon danışıqları olub və bunlar dərc edilib. Əlavə məlumat veriləcək”.

Paşinyanın rəsmi saytında iki telefon danışığı haqda məlumat var: Fransa Prezidenti Emmanuel Makron və ABŞ dövlət katibi Entoni Blinkenlə. Yəni Putinlə heç bir söhbət olmayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər