Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda etiraz aksiyasının davam etdiyi vaxtda partiyasını toplayaraq bütün gecəni birlikdə keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.
Paşinyan komandasına heç bir halda hakimiyyəti təhvil verməyəcəyini, nəyin bahasına olur-olsun, özündə saxlayacağını bildirib. Nəşr baş nazirinin təhlükəsizlik məqsədilə ailəsini İrəvandan çıxardığını yazır.
“Digər ailələr də çıxdılar, amma müxalifət dünən axşam saat 19:00-a qədər uzun fasilə elan edəndə təhlükənin olmadığını anlayıb sakitləşdilər. Düzdür, dünən meydana daha böyük polis qüvvələri gətirildi, amma baş verənlərin ilk dalğası sakitləşdi və ciddi insidentin olmayacağına əmin oldular”, - məlumatda deyilir.