Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistana səfər edib.
Teleqraf.com “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Klaar səfəri çərçivəsində ölkənin müdafiə naziri Suren Papikyanla görüşüb.
Məlumata görə, tərəflər görüş zamanı Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər.
Görüşdə, həmçinin Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri Vasilis Maraqos iştirak edib.