25 Sentyabr 2023 16:21
18 382
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı tərəfdaşlarımızın son günlər və həftələrdə verdiyi bəyanatlar birbaşa Ermənistanın daxili işlərinə müdaxilədir. Xüsusən də dövlət televiziyası və Rusiyanın rəsmi mövqeyini ifadə edən bəzi media xadimləri Ermənistan vətəndaşlarını birbaşa Ermənistan hakimiyyətinə qarşı çıxmağa çağırırlar.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Sərkis Xandanyan deyib.

Onun sözlərinə görə, Dövlət Dumasının deputatları və digərlərinin Ermənistanın dövlətinin ləğv edilməsi və digər bu kimi proseslərdən bəhs edən bəyanatları qəbuledilməzdir.

“Bizim tərəfdaşlarımızdan gözləntimiz əməkdaşlıq və Ermənistanın daxili işlərinə qarışmamaq və müttəfiqlik öhdəliklərini yerinə yetirməkdir, amma son hadisələr bunun əksini sübut edir”, - Xandanyan vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər