26 Sentyabr 2023 11:56
4 985
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Moskva gözləyir ki, Vaşinqton Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsinin güclənməsinə səbəb olan təhlükəli söz və hərəkətlərdən çəkinəcək”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.

“Vaşinqtonu Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsinin süni şəkildə güclənməsinə səbəb olan son dərəcə təhlükəli söz və hərəkətlərdən çəkinməyə çağırırıq. Bu təsdiq edir ki, ABŞ və müttəfiqlərinin məqsədi vəziyyətin nizamlanması və Cənubi Qafqazın sülh yolu ilə inkişafı yox, Rusiyaya strateji ziyan vurmaq və bizi bu regiondan sıxışdırıb çıxarmaq üçün Avrasiya məkanında qəsdən sabitliyi pozmaqdır”, - diplomat qeyd edib.

Antonov ABŞ rəsmilərinin Rusiyanın təhlükəsizlik sahəsində Ermənistanın etibarlı tərəfdaşı olmadığı barədə bəyanatlarına da münasibət bildirib.

“Yerli rəsmilərin belə böhtanları adamı hiddətləndirir. Amerikalılar daxili və xarici siyasətdə nöqsanlarına görə məsuliyyəti öz üzərlərindən atmaq məqsədi daşıyan erməni siyasətçilərinin qeyri-konstruktiv ictimai bəyanatları ilə razılaşırlar”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər