“Rusia Today” dövlət telekanalının baş redaktoru Marqarita Simonyan İrəvanda səfərdə olan Rusiya daxili işlər naziri Vladimir Kolokoltsevin sözlərinə münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, jurnalist Qərbin Ermənistandan öz maraqları üçün istifadə etdiyini deyib.
“Kolokoltsev haqlı olaraq bildirdi ki, Qərb Ermənistanla yalnız Rusiyanı regionda sıxışdırmaq üçün oynayır, ABŞ ermənilərdən narahat deyil. Bununla razıyam. Bircə onu əlavə edəcəm ki, indiki Ermənistan ermənilərin veclərinə deyil”, - Simonyan vurğulayıb.
RT-nin baş redaktoru onu da vurğulayıb ki, Kim Kardaşyan və NATO Ermənistana kömək etməyəcək.
Kolokoltsev Ermənistan Baş naziri Nikol Paşinyanla görüşündə bildirmişdi ki, Qərb və ABŞ Ukraynadakı vəziyyətdən istifadə edərək Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq istəyir.