Ermənistan parlamentinin Knyaz Həsənov adlı deputatı var, uzun illərdir sakitcə yerində oturur.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Joqovurd” qəzeti yazır.
“Ermənistan parlamentində Knyaz Həsənov adlı deputat var. O, bundan əvvəlki hakimiyyətlər dönəmindən parlamentdədir. Sakitcə kürd xalqının nümayəndəsi kimi fəaliyyət göstərir. Abovyan şəhərində yaşayan Həsənov Milli Məclisin büdcəsindən mənzil kirayəsinə görə kompensasiya alır.
Knyaz Həsənov Ermənistandakı kürd icmasının rəhbəri, “Ermənistan Kürd Milli Şurası”nın prezidenti olan Milli Məclisin ən yüksək səviyyəli deputatıdır. Amma o, heç vaxt və ya çox nadir hallarda xalqın problemlərindən danışır. Təqaüdçü kimi Milli Məclisin iclaslarında iştirak edir, səs verir, hədiyyəsini, maaşını, nümayəndəlik haqqı - 250 min dram alır. Bundan əlavə, Milli Məclisin büdcəsindən kirayə haqqı qoparır”, - məqalədə deyilir.