28 Sentyabr 2023 10:38
45 949
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyanın komandasının üzvləri ilə qapalı iclasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngəzur dəhlizi son açıqlaması müzakirə olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

“Hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatlarını Ərdoğanın son açıqlaması maraqlandırdı. Türkiyə prezidenti bildirmişdi ki, Ermənistan razılaşmasa, dəhliz İrandan keçəcək. Paşinyan komanda yoldaşlarını çox da sevinməməyə, hətta bu bəyanatı göründüyü kimi qəbul etməməyə çağırıb. Onun sözlərinə görə, belə olarsa, bu, Ermənistanın yenidən blokadada yaşamağa davam edəcəyi anlamına gələcək. Bu kontekstdə hakim partiyanın üzvləri dəhliz məsələsinin hələ də gündəmdə olduğunu düşünür və bunun hərbi yolla həll ediləcəyini istisna etmirlər”, - məlumatda bildirilir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bundan əvvəl Zəngəzur dəhlizi ilə bağlı belə demişdi:

“Ermənistan yolu açmasa, haradan keçəcək? İrandan keçəcək. İran hazırda buna müsbət baxır və buna müsbət baxdığı üçün İrandan Azərbaycana keçmək imkanı yaranacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər