3 Oktyabr 2023 11:33
2 925
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Cinayətlər Məhkəməsinin Roma Statutunun ratifikasiyasının nəticələri Ermənistan üçün pis ola bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Joqovurd” qəzeti yazır.

Nəşr qeyd edir ki, Ermənistan rəhbərliyinin bu addımı vətəndaşlar arasında anti-Rusiya əhval-ruhiyyəsini daha da qızışdırmaq üçün atılır:

“Nikol Paşinyan iddia edir ki, bu proses Ermənistan-Rusiya münasibətləri ilə yox, sərhəddəki (Azərbaycanla) gərginliklə bağlıdır. Paşinyanın sözlərinə görə, bunun Ermənistan-Rusiya münasibətlərinə aidiyyəti olmasa da, Rusiya tərəfi buna çox sərt reaksiya verib.

Rusiya prezidentinin sözçüsü Peskov bildirmişdi ki, bu layihənin qəbulu ikitərəfli münasibətlər üçün mənfi nəticələr verəcək.

Görünür, hakimiyyət bu addımı atarkən Ermənistanın Rusiyadan hərtərəfli asılı olduğunu düşünmür. Hər sektorda Rusiya möhürü var: qaz, elektrik, Rusiya şirkətləri, Ermənistan büdcəsinin də müəyyən hissəsi onlardan formalaşır. Rusiyada erməni diasporu da var. Rusiyanın Roma Statutunun qəbul olunacağı təqdirdə hər şeyin pis olacağı ilə bağlı hədələri işə yaraya bilər. Məsələn, bir neçə gün ərzində Rusiyanın Ermənistanı həm qaz, həm də elektrik enerjisindən məhrum etməsi mümkündür. Yəni hakimiyyət növbəti yanlış qərardan sonra nələrin baş verəcəyini yenə də anlamır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər