Rusiyanın Ermənistanda (Gümrü) yerləşən 102-ci hərbi bazası qoşunların döyüş qabiliyyətini yoxlamaq məqsədilə hərbi təlim keçirəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Gümrü şəhər meriyası məlumat yayıb.
Gümrüdə keçiriləcək təlim səs siqnalı ilə idarə olunacaq.
“Gümrü meriyası xəbərdarlıq edir ki, şəhərdə atəş səsləri eşidilən zaman panikaya düşməyin”, - məlumatda deyilir.