Avropa Komissiyasının sədri Ursula fon der Leyen Ermənistanın Roma Statutunu ratifikasiya etməsini dəstəkləyib.
Teleqraf.com xəbər verir ki, komissiya rəhbəri Ermənistanın bu qərarının Rusiya Prezidenti Vladimir Putinin əleyhinə olduğunu etiraf edib.
“Kreml hökmdarı (Rusiya Prezidenti Vladimir Putin) üçün dünya getdikcə kiçilir. Ermənistan parlamentinin Beynəlxalq Cinayətlər Məhkəməsinin (BCM) Roma Statutunun ratifikasiyasını alqışlayıram”, - Leyen deyib.
BCM bu ilin martında Rusiya liderinin həbsinə order verib. Putin Ukraynaya təcavüzdə və hərbi cinayətdə ittiham olunur.
Ermənistan müvafiq qərarın Rusiya ilə bağlı olmadığını iddia etsə də, Kremldən verilən açıqlamada bunun əksi bildirilib.