4 Oktyabr 2023 13:45
2 068
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hakim “Vətəndaş Müqaviləsi” Partiyası baş nazirin müavini Mqer Qriqoryanı müvəqqəti baş nazir seçərək, Nikol Paşinyanı postundan uzaqlaşdırmalıdır.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.

“Niyə Qriqoryan? Bütün bunların səbəbi gələcək nəqliyyat xətləri (dəhliz) ətrafında gedən geosiyasi intriqalardır. Qriqoryan həmin danışıqlarda iştirak edir, proseslərdən xəbərdardır.

Hazırda növbədənkənar parlament seçkilərindən danışmaq tezdir, ölkə indi o vəziyyətdə deyil”, - ekspert bildirib.

Danielyanın iddiasına görə, Paşinyan ipdən asılı vəziyyətdədir, aradan qaldırılması prosesi başlasa, təhlükəsizlik qüvvələri onu müdafiə etməyəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər