9 Oktyabr 2023 12:13
1 140
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Moskva İrəvanın Roma Statutuna qoşulmasını tamamilə qeyri-dost addım hesab edir”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

“Biz müttəfiqimiz Ermənistanın Roma Statutuna qoşulmasını tamamilə qeyri-dost addım hesab edirik. Mən burada dialoq üçün heç bir yer görmürəm”, - Rusiya rəsmisi bildirib.

Qaluzin qeyd edib ki, Rusiya Ermənistanın Roma Statutunu ratifikasiya etməkdən çəkinəcəyini gözləyirdi. O xatırladıb ki, Beynəlxalq Cinayətlər Məhkəməsinin qaydaları Roma Statutunu imzalamayan ölkələrə onu ratifikasiya etmədən də bu məhkəmənin xidmətlərinə müraciət etmək imkan verir.

Onun sözlərinə görə, BCM-in ədalətlə heç bir əlaqəsi yoxdur, bu məhkəmə Qərbin bəyənmədiyi fiqurların cinayət məsuliyyətinə cəlb edilməsi üçün göstərişləri yerinə yetirən siyasiləşmiş qərbyönlü strukturdur.

“Bu məhkəmə bir müddət əvvəl Rusiyanın yüksək rütbəli rəhbərliyinin nümayəndələrinin həbsinə order verib. Mötərizədə qeyd edim ki, bu qərar qanuni cəhətdən tamamilə etibarsızdır”, - Qaluzin vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər