16 Oktyabr 2023 16:57
845
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağdakı keçmiş separatçı rejimin təhlükəsizlik şurasının sabiq “rəhbəri”, terrorçu-daşnak Vitali Balasanyan Ermənistan Milli Təhlükəsizlik Xidmətində dindirilib.

Teleqraf.com xəbər verir ki, onun vəkili Rafael Martirosyan məlumatı təsdiqləyib.

Vəkilin sözlərinə görə, Balasanyan oktyabrın 13-ü dindirilib.

“Balasanyan təfərrüatı barədə danışa bilmədiyim cinayət işi ilə bağlı sorğuya çağırılıb. Amma onu deyə bilərəm ki, şahid qismində dindirilib. Qeyd edim ki, onun verdiyi ifadənin bu işin istintaqının gedişinə və təqsirləndirilən şəxsə heç bir aidiyyəti olmayacaq”, - R. Martirosyan qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər