Rusiya dövlət yayımçılarının yol verdiyi qanun pozuntuları diqqət mərkəzindədir.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Robert Xaçaturyan deyib.
“Bu, bizim diqqət mərkəzindədir. Müqavilənin bütün bəndləri ilə tanışıq və müvafiq addımlar atacağıq”, - nazir bildirib.
Adekvat addımların nədən ibarət olmasına gəlincə, Xaçaturyan qeyd edib ki, bu barədə məlumat veriləcək.
Xaçaturyan “Həmin telekanalların bağlanması məsələsi müzakirə olunurmu” sualına belə cavab verib. “Bütün mövzular müzakirə olunur, müvafiq addımları nəzərdə tutan razılaşma var, pozuntular olarsa, həmin addımlardan yararlanacağıq”.
Rusiya televiziya şirkətlərinin Ermənistanın təhlükəsizliyini təhdid etməsi ilə bağlı iddialarla razılaşıb-razılaşmadığı soruşulduqda, nazir məsələni şərh etməyib.