20 Oktyabr 2023 14:18
2 454
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan hökuməti ölkənin gerbinin dəyişdirilməsi ideyasından əl çəkməyib.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın təhsil naziri Janna Andreasyan deyib.

Onun sözlərinə görə, ideya gündəmdə qalsa da, hələlik bununla məşğul olacaq müvafiq komissiya formalaşdırılmayıb.

“Hazırda heç bir formatda işçi qrupu yoxdur. Əlbəttə, məsələ formalaşıb və biz bu haqda düşünməliyik, amma hələlik konkret iş prosesi yoxdur”, - deyə CGMS naziri əvvəllər bildirib.

Andreasyan bundan əvvəl qeyd etmişdi ki, artıq müxtəlif ekspertlər gerbin bəzi problemlərindən danışıblar.

Ermənistanın gerbindəki separatçı və işğalçı elementlərdən danışan ilk şəxs Baş nazir Nikol Paşinyan olub.

Ermənistan rəhbəri gerbdə Türkiyəyə qarşı yer alan əsassız ərazi iddialarına diqqət çəkib: “Bu gerbin bugünkü Ermənistana nə dəxli var?

Həmişə gerbə baxanda məndə bir sual yaranır: bunun 1991-ci ildə qurulan dövlətə nə dəxli var. Bu nə ilə bağlıdır? Ağrı dağında Nuhun gəmisi var, Ermənistan ərazisi də sel altındadır”.

Baş nazir Türkiyənin suveren ərazisində yerləşən Ağrı dağının Ermənistanın gerbində yer almasını qəbuledilməz hesab etdiyini bildirib.

Paşinyan Ağrını “Ermənistanın ən yüksək dağ zirvəsi” hesab edənlərə də etiraz edib:

“Ermənistanda ən yüksək dağ hansıdır? Araqat. Ermənistanın ən hündür dağı Araqatdır və bu, faktdır. Şagirdlərlə görüşəndə soruşuram: uşaqlar, Ermənistanda ən hündür dağ hansıdır? Onların yarıdan çoxu “Ararat” (Ağrı) deyir. İndi buna o tərəfdən baxaq, bu, Türkiyənin beynəlxalq səviyyədə tanınan ərazisindədir. Hesab edirəm ki, bu faktdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər