“Nikol Paşinyanın sərt anti-Rusiya bəyanatları yerdə qalmayacaq, bədələni ən ağır şəkildə ödəyəcəyik”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zaxaryan deyib.
“Dünən Nikol “The Wall Street Journal”a müsahibəsində erməni xalqı üçün hansı növ “Ukrayna borşu” bişirdiyini açıqladı. Gələcəkdə hamı o acı, dadsız və qanlı şorbanı bütün acı nəticələri ilə fərq qoymadan dadacaq.
Kabus Qarabağla bitmir, ikinci, daha amansız yuxu başlayır”, - ölkənin keçmiş rəsmisi bildirib.
Zakaryan anti-Rusiya xəttinin Gürcüstan və Ukraynaya baha başa gəldiyini xatırladıb:
“İnanmayanlar Acarıstana (Gürcüstan), ən pis halda isə Donbasa (Ukrayna) getsinlər”.