İlin sonuna kimi Brüsseldə Avropa Birliyinin Ermənistandakı müşahidə missiyasının genişləndirilməsi məsələsi müzakirə olunacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə AB missiyasının rəhbəri Markus Ritter məlumat verib.
Onun sözlərinə görə, hazırda müşahidə missiyasında AB-yə üzv 23 ölkənin nümayəndəsi var, amma missiyaya birliyin 27 ölkəsinin hamısının nümayəndələrinin daxil edilməsi imkanı var.
“Misiyanın genişləndirilməsi məsələsi ilin sonuna qədər Brüsseldə müzakirə olunacaq. Nəticələri gözləməliyik”.
AB-yə üzv olmayan üçüncü ölkənin missiyaya qoşulması ehtimalına gəlincə, Ritter Kanadanın qoşulmaq qərarına gəldiyini və digər ölkələrdən də eyni marağın olacağı təqdirdə, bu məsələnin də öz həllini tapacağını vurğulayıb.