Yaxın gələcəkdə Ermənistan-Türkiyə quru sərhədinin diplomatik pasport sahibləri və üçüncü ölkə vətəndaşları üçün açılması baxımından yaxşı xəbərlər ola bilər.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Ermənistan-Türkiyə normallaşma prosesi bizim üçün çox önəmlidir. Bu yaxınlarda Tehranda Türkiyə xarici işlər naziri (Hakan Fidan) ilə görüşdüm, bundan əvvəl də keçmiş nazirlə (Mövlud Çavuşoğlu) görüşmüşdüm. İki ölkə liderinin təyin etdiyi xüsusi nümayəndələr də var. Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasından danışılır”, - nazir qeyd edib.
Mirzoyan Ermənistan-Türkiyə quru sərhədinin diplomatik pasport sahibləri və üçüncü ölkələrin vətəndaşları üçün açılmasına dair razılaşmaya toxunaraq bildirib:
“Mən nikbin olduğumu bildirmək istəyirəm ki, yaxın gələcəkdə yaxşı xəbərlərimiz ola bilər”.
Nazir əminliklə əlavə edib ki, Ermənistan 4 qonşusu ilə ən azı müntəzəm münasibətlərdə maraqlıdır.