“Beynəlxalq platformalarda tərəfdaşlarla ünsiyyət qurmaq belə Rusiya tərəfindən nümayişkaranə “anti-Rusiya jesti” kimi dəyərləndirilir”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
“Hətta beynəlxalq platformalarda tərəfdaşlarla ünsiyyət qurmaq Rusiya tərəfindən nümayişkaranə anti-Rusiya jesti kimi dəyərləndirilir. Belə çıxır ki, Ermənistan heç kimlə ünsiyyət qurmamalı, başqa platformada iştirak etməməli, heç kimə salam belə verməməlidir. Eyni zamanda, belə çıxır ki, Ermənistan həmişə “müttəfiq”indən asılı olmalıdır, Ermənistan həmişə qorxmalıdır, qorxmalıdır ki, “müttəfiq” yoxdursa, onu öldürəcəklər, o qorxu, o qılınc həmişə “müttəfiq” olmaq üçün ermənilərin başları üzərində asılmalıdır”, - spiker bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bundan əvvəl Ermənistan rəsmilərinin ukraynalı həmkarları ilə son təmaslarını “anti-Rusiya jesti” adlandırmışdı.