10 Noyabr 2023 17:39
872
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan həm kollektiv Qərblə, həm də ayrı-ayrı Avropa ölkələri ilə təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirməyə ümid edir.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

“Son zamanlar Ermənistan Avropa Birliyi və bura üzv ölkələrlə intensiv dialoq aparır. Yeni imkanlar açılıb, bu imkanlar müxtəlif cürdür. Əvvəllər heç vaxt bizim Qərb və Avropa ilə təhlükəsizlik mövzusunda belə intensiv dialoqumuz olmayıb. Kollektiv Qərb və ayrı-ayrı ölkələrlə təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirməyə ümid edirik. Təkcə hərbi komponenti nəzərdə tutmuram, iqtisadi əməkdaşlıq da təhlükəsizlik komponenti ola bilər. Ermənistan buna hazırdır. Əməkdaşlıq baxımından irəli getmək iradəmizi nümayiş etdirmişik”, - Ermənistan rəsmisi bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər