14 Noyabr 2023 13:38
1 551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş nazir Nikol Paşinyan Belarus Prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığı aparıb.

Teleqraf.com xəbər verir ki, danışıqlar Belarus tərəfinin təşəbbüsü ilə baş tutub.

Telefon danışığında KTMT Təhlükəsizlik Şurasının noyabrın 23-də Belarusun paytaxtı Minskdə keçiriləcək sessiyasının təşkili ilə bağlı məsələlər müzakirə olunub.

Baş nazir Paşinyan Belarus prezidentinə sessiyada iştirak edə bilməyəcəyi barədə məlumat verib və KTMT tərəfdaşlarının bu qərarı anlayacağına ümid etdiyini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər