Kreml Ermənistan Baş naziri Nikol Paşinyanın 23 noyabrda Minskdə keçiriləcək KTMT sammitində iştirak etməyəcəyinə görə təəssüflənir.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.
“Əgər bu doğrudursa, təəssüf hissi doğurur. Anlayırıq ki, hər bir ölkənin lideri və ya baş nazirinin iş qrafikində öz tədbirləri, öz durumları ola bilər. Yalnız təəssüf hissi ifadə etmək olar, çünki belə görüşlər fikir mübadiləsi üçün yaxşı fürsətdir”, - Kremlin sözçüsü qeyd edib.