14 Noyabr 2023 18:38
2 221
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nikol Paşinyanın Ermənistanı Qərbə doğru apardığına inanmıram”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş deputatı Naira Karapetyan deyib.

Siyasətçi Ermənistanın Qərbə inteqrasiya etməsinə o qədər də əmin deyil.

Onun sözlərinə görə, Baş nazir Nikol Paşinyan xarici siyasət vektorunu dəyişdirdiyini söyləsə də, onun bəyanatları birmənalı qəbul edilməməlidir:

“Diplomatiya aysberqə bənzəyir, görünən hissəsi ən kiçiyi olur, böyük hissəsi suyun altındadır və biz onu görmürük. Bununla bağlı tələsik nəticə çıxarmayacam. Bəli, görünən hissədə Ermənistan açıq şəkildə xarici siyasi vektoru dəyişməyə çalışır, amma bunu birmənalı qəbul etməyə tələsmirəm.

İstənilən halda Paşinyan hökumətinin Rusiya ilə müəyyən ixtilafları var. Amma görünən həm də odur ki, Paşinyan Rusiyanın yüksək rütbəli rəsmilərindən o qədər də sərt reaksiyalar almır. Deməli, Ermənistan-Rusiya münasibətlərində baş verənlər o qədər də aydın görünmür”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər