“Dövlətimizin və dövlətçiliyimizin funksional əhəmiyyətini yenidən qiymətləndirmək zərurəti qarşısındayıq”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, həmin funksional əhəmiyyətin yenidən qiymətləndirilməsinin nəticəsi aşağıdakı kimi olmalıdır.
“Ermənistan öz hüdudlarından kənarda hazırlanmış planları həyata keçirmək üçün tramplin və ya forpost deyil, öz vətəndaşlarının təhlükəsizliyini, rifahını, azadlığını və xoşbəxtliyini təmin edən vasitədir. Dövlət yalnız məqsədlərə nail olmaq məntiqini rəhbər tutmalıdır”.
Erməni ekspertlər Paşinyanın bu mesajı son zamanlarda münasibətləri gərgin olan Rusiyaya ünvanladığını ehtimal edirlər. Çünki həmişə Ermənistan “Rusiyanın bölgədəki forpostu” adlandırılır.