Ermənistan xarici siyasi vektorda dəyişiklik həyata keçirir, bu da geosiyasi intriqalara imkan yaradır.
Teleqraf.com xəbər verir ki, bunu erməni deputat Tiqran Abramyan deyib.
Onun sözlərinə görə, Ermənistan rəhbərliyi substantiv müzakirələr əvəzinə geosiyasi münaqişələrə gedirlər, bu da regionda sabitlik gətirə biləcək proseslərə ziyan vurur.
Abramyan qeyd edib ki, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması məsələsi geosiyasi münaqişəyə çevrilib:
“Bu, danışıqların keçiriləcəyi yerin də qızğın müzakirə obyektinə çevrilməsinə səbəb olub”.
Deputat əlavə edib ki, bölgədə geosiyasi gərginliyin artdığı vaxtda Ermənistan KTMT ilə münasibətlərin səviyyəsini ciddi şəkildə aşağı salmaq kimi riskli addımlar atır:
“Narahatlıq ondan ibarətdir ki, bu, həm də Rusiya ilə münasibətlərin səviyyəsinin aşağı salındığını göstərir”.