22 Noyabr 2023 16:24
1 999
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan müdafiə naziri Suren Papikyan və xarici işlər naziri Ararat Mirzoyandan sonra spiker Alen Simonyan da KTMT-nin toplantılarında iştirakdan imtina edib.

Teleqraf.com xəbər verir ki, bu barədə spikerin özü məlumat verib.

“Dekabrda tədbir var, mən də iştirak etməyəcəm. Ermənistan KTMT-dən çıxmaq barədə qərar verməyib, amma hesab edirəm ki, indiki vəziyyətdə iştirakım uyğun deyil. KTMT-nin heç bir şəkildə öz öhdəliklərini yerinə yetirmədiyi bir durumda ora necə gedə bilərəm?

Artıq KTMT üzvlərinə bu barədə məlumat vermişəm, bundan xəbərdardırlar. Hələ cavab yoxdur. Düşünürəm ki, reaksiya olmayacaq. Əminəm ki, iştirak etməmə səbəblərini anlayırlar”, - Simonyan deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər