Rusiya Ermənistanın KTMT çərçivəsində fəaliyyətini davam etdirəcəyini gözləyir. Noyabrın 23-də Minskdə keçiriləcək sammitdə Ermənistan tərəfinin yüksək səviyyədə təmsil olunmayacağına təəssüflənirik.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Əlbəttə, sabahkı sammitdə Ermənistanın yüksək səviyyədə iştirakının olmayacağına təəssüf etmək olar. Ümid edirik ki, işçi, ekspert səviyyəsində iştirak olacaq. Amma təbii ki, Ermənistanın təşkilat çərçivəsində fəaliyyətini davam etdirəcəyini gözləyirik”, - Peskov qeyd edib.
Ermənistan Baş naziri Nikol Paşinyan bundan əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığında sammitə qatılmayacağını açıqlamışdı.