22 Noyabr 2023 15:32
4 544
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistana rəsmi səfərə gedən İraq Prezidenti Əbdüllətif Camal Rəşid İrəvanda qondarma erməni soyqırımı abidəsinə baş çəkib.

Teleqraf.com xəbər verir ki, İraq lideri “abidə” önünə əklil qoyub, “soyqırımı qurbanları”nın xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Əbdüllətif Camal Rəşid “xatirə parkı”nda küknar əkib, “soyqırımı muzeyin”ə baxıb.

Ən diqqətçəkən məqam İraq prezidentinin muzeydə xatirə kitabına yazdığı qeydlərdir.

Camal ermənilərin Osmanlı İmperiyasına (bu gün isə Türkiyəyə) atdıqları böhtana və onların saxtakarlığına bu sözlərlə dəstək olub:

“Təsdiq edirik ki, erməni soyqırımı (qondarma – red.) müasir dövrümüzün ilk soyqırımıdır, hərçənd “soyqırımı” termini 1944-cü ildə icad edilib. Bu, sülh və ya müharibə dövründə erməni xalqını məhv etmək üçün barbar üsul idi. İstənilən xalqı soyqırımına məruz qoymaq cəhdlərini pisləyir, insan hüquqlarının qorunmasının vacibliyini vurğulayırıq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər