Ermənistan Müdafiə Nazirliyinin 2 zabiti bıçaqlanıb.
Teleqraf.com erməni KİV-lərinə istinadən xəbər verir ki, 8 nəfərin iştirakı ilə baş verən hadisədə vətəndaş borc verdiyi hərbçiləri bıçaqlayıb. Nəticədə zabiti Gevorq Marqaryan və baş leytenant Davit Sayadyan ağır bədən xəsarətləri alıb. Sadayan xəstəxanaya çatdırıldıqdan az sonra ölüb.
Hadisə ilə bağlı Ermənistan Cinayət Məcəlləsinin uyğun maddələri üzrə cinayət işi başlanıb. Hadisənin baş vermə şəraiti tam aydınlaşdırılması üçün ilkin araşdırma aparılır.
Ermənistan MN baş vermiş qətl hadisəsini təsdiqləyib.