14 Dekabr 2023 11:19
2 103
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son vaxtlar Ermənistanın siyasi kulislərində yeni tezis dolaşır ki, Nikol Paşinyan müharibədən sonra yaranmış daxili gərginliyi aradan qaldırmaq üçün yeni yol fikirləşib: növbədənkənar seçkilərə getmək.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Joqovurd” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, Ermənistan baş naziri bununla eyni anda bir neçə məsələni həll etmək qərarına gəlib:

“İlk növbədə, mövcud narazılığa baxmayaraq, bir daha öz iqtidarını legitimləşdirəcək və uzadacaq. İkincisi, hakim “Vətəndaş Müqaviləsi” Partiyasını dəstəkləyən siyasi qüvvələri parlamentə gətirəcək ki, bu da ona lazımi məqamlarda lüzumsuz əngəllər yaratmayacaq.

Nikol Paşinyanın növbədənkənar seçkilərə getmək niyyətini o da təsdiqləyir ki, son vaxtlar partiyanın idarə heyəti, eləcə də regionlarda fəaliyyət göstərən fəallarla əhval-ruhiyyəni yoxlamaq üçün tez-tez görüşür, eyni zamanda, erkən seçkilərə getmək məsələsini müzakirə edir. Üstəlik, “Vətəndaş Müqaviləsi” erkən seçkilərə getməzdən əvvəl gələcəkdə onlara əngəl ola biləcək müxalifət liderlərindən yaxa qurtararaq mövqelərini gücləndirmək qərarına gəlib”.

Söhbət sabiq prezidentlər Robert Köçəryan və Serj Sərkisyanın rəhbərlik etdiyi parlamentdəki “Ermənistan” və “Şərəfim Var” fraksiyalarının neytrallaşdırılmasından gedir. Eləcə də Köçəryan və Sərkisyanın özündən...


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər