14 Dekabr 2023 13:14
1 718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fəlakətin miqyasına və ciddiliyinə görə artıq başa düşürük ki, sözün əsl mənasında bütöv bir xalq olaraq barıt çəlləyinin üstündə yaşayırıq.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Vahe Ovannisyan deyib.

Ekspert artıq Ermənistanın bir dövlət kimi mövcudluğuna şübhə etdiyini bildirib.

“Belə bir vəziyyətdə gələcək itkilərin əsasını qoyan səhvlərə yol verilir. Dünyada, yəqin ki, yalnız Ermənistan hökuməti eyni anda problemlərin həm regional 3+3 formatında (Azərbaycan, Türkiyə, Ermənistan, Rusiya və İran) həllini vurğulaya və öhdəsinə götürə bilər, həm də buna görə regiondankənar mərkəzlərə (Brüssel, Vaşinqton) arxalana bilər.

Görünən odur ki, bu və digər kobud səhvlər dövləti yeni qəzaya sürükləyir. Bir il əvvəl olduğu kimi, yenə də yanlış prosesi dayandıracaq mexanizmlər və siyasi formatlar yoxdur”, - Ovannisyan vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər