15 Dekabr 2023 18:36
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Azərbaycan və Türkiyə ilə sərhəddə 7 nəzarət-buraxılış məntəqəsi qurmağa hazırdır.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri Qnel Sanosyan dənizə çıxışı olmayan ölkələrin iclasında deyib.

Onun sözlərinə görə, Ermənistan "Sülh Kəsişməsi" layihəsinin köməyilə region ölkələri ilə şimal-cənub və şərq-qərb istiqamətlərində nəqliyyat əlaqəsini təmin edəcək bütün infrastrukturları inşa və bərpa etməyə hazırdır.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyanın təqdim etdiyi "Sülh Kəsişməsi" layihəsinin əsas məqsədi avtomobil və dəmir yolları, boru kəmərləri, kabellər, elektrik ötürmə xətlərinin təmiri, tikintisi və istismarı yolu ilə Ermənistanın Azərbaycan, Türkiyə və İranla kommunikasiya əlaqələrinin inkişafını nəzərdə tutur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər