Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyə ilə sərhədlərin açılması üçün tələsir.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Karapet Peqosyan deyib.
“Ermənistan-Türkiyə sərhədindəki Marqara keçid məntəqəsində gömrükxananın tikintisinə Ermənistan büdcəsindən külli miqdarda pul xərclənib, bunun əvəzinə Türkiyə tərəfi sıfır iş görüb.
Sərhədin açılması ilə bağlı konkret razılaşma olsaydı, o zaman Türkiyə tərəfdən də tikinti işlərinin aparılması məntiqli olardı. Ona görə də Paşinyan ya danışıqlardan və situasiyadan xəbərdar deyil, ya da sadiqlik vədini yerinə yetirir və hadisələri qabaqlamağa çalışır. Bir bir şey aydındır ki, Türkiyə tərəfi tələsmir. Çünki sülh və barışıqla bağlı Türkiyənin tələbləri var və bunlar hələ tam yerinə yetirilməyib”, - ekspert bildirib.
Peqosyan qeyd edib ki, Azərbaycanla sərhəddə (Kornidzor) də gömrük məntəqəsi və sərhəd nişanları quraşdırılıb.