Rusiya və Ermənistan hərbi-texniki əməkdaşlıq sahəsində yeni sazişləri müzakirə edirlər.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin məlumat verib.
“Bəzi fərdi müqavilələrdə Rusiya müəssisələrinin dövlət sifarişini yerinə yetirmək üzrə öhdəlikləri ilə bağlı məsələlər var, amma bunlar Rusiya və Ermənistanın müvafiq qurumlarının dialoqu nəticəsində həll olunan işçi məsələlərdir”, - səfir bildirib.
Ermənistan hökuməti Rusiyaya pulunu ödəmələrinə baxmayaraq, silah ala bilmədiklərini açıqlamışdı.