Biz ildə bir dəfə seçki keçirməyə hazırıq, müxalifət isə ümumiyyətlə seçkilərə getməyə hazır deyil. Onlar bələdiyyə seçkilərində belə iştirak edə bilmirlər.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
Bununla belə, onun sözlərinə görə, gündəmdə növbədənkənar seçki məsələsi yoxdur.
“Müxalifət hansısa gündəm qurur, sonra o gündəmə qarşı mübarizəyə və danışmağa başlayır. Yaxşı başa düşürük, amma bura uşaq bağçası deyil. Demokratik hakimiyyəti heç kim nəyəsə zorlaya bilməz. Ruslar Robert Köçəryan və ya Serj Sərkisyanı məcbur edə bilərdi, amma bizi heç kim məcbur edə bilməz, çünki heç kimin bizə təsir rıçaqları yoxdur”, - Simonyan bildirib.