Parisdə Ermənistan-Fransa ikitərəfli hərbi-siyasi məsləhətləşmələri baş tutub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Ermənistan nümayəndə heyətinə Müdafiə Nazirliyinin idarə rəisi Levon Ayvazyan başçılıq edib.
Fransa tərəfdən məsləhətləşmələri Fransa Müdafiə Nazirliyinin Beynəlxalq Əlaqələr və Strategiya İdarəsinin direktoru Elis Ruffo aparıb.
Məsləhətləşmələr zamanı beynəlxalq və regional təhlükəsizliklə bağlı problemlər, eləcə də əməkdaşlıq gündəliyi məsələləri ətraflı müzakirə olunub, bir sıra razılaşmalar əldə olunub.